27 
Sen
2022
10:01
278

Baş nazir Suxuminin süqutunun ildönümü ilə bağlı bəyanat yaydı

"Gürcüstanın birləşməsi bizim hər birimizin məqsədidir və bu, vahid, güclü, inkişaf etmiş ölkədə yaşamanın xalqımız üçün ən yaxşı perspektiv olduğuna inamımıza əsaslanır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Facebook-da yazıb.

Hökumət başçısı qeyd edib ki, Gürcüstanın birləşmə hədəfinə gedən yol ancaq sülh prosesi, dialoq və əməkdaşlıqdan keçir.

"1993-cü il sentyabrın 27-də Suxuminin süqutu tariximizə faciəli gün kimi daxil oldu. Müharibə yüz minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin saldı və çox təəssüf ki, bir çox həmvətənlərimizin həyatına son qoydu. Bir daha onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Gürcüstanın birləşdirilməsi hər birimizin əsas məqsədidir və bu, vahid, güclü, inkişaf etmiş ölkədə yaşamanın xalqımız üçün ən yaxşı perspektiv olduğuna inamımıza əsaslanır. Biz inanırıq və bunu öz fəaliyyətimizlə dəfələrlə sübut etmişik ki, bu məqsədə gedən yol ancaq sülh prosesi, dialoq və əməkdaşlıqdan keçir. Gələcək abxazların və gürcülərin birliyinə, sülhünə və firavanlığına məxsusdur”, - baş nazir yazıb.

Bizimlə əlaqə saxlayın