27 
Sen
2022
09:32
768

Suxuminin süqutundan 29 il ötür

Suxuminin süqutundan 29 il ötür.  

InterPress.ge xəbər verir ki, 27 sentyabr 1993-cü il Gürcüstanın yaxın tarixinin ən faciəli tarixlərindən biridir.

Abxaziyada hərbi münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay 13 gün davam edib və 1993-cü il sentyabrın 27-də Suxuminin süqutu ilə başa çatıb.

1992-93-cü illərin münaqişəsi nəticəsində Gürcüstan Abxaziya ərazisi üzərində yurisdiksiyasını itirib. Abxaziya qondarma müstəqillik əldə edib.  Sonradan beynəlxalq ictimaiyyət bu faktı Rusiyanın işğalı kimi tanıyıb.

İndiyədək, təsdiqlənməmiş məlumatlara görə, Abxaziyadakı müharibədə 10 mindən çox Gürcüstan əsgəri və mülki vətəndaş həlak olub, Abxaziyadan didərgin düşmüş 250 mindən çox Gürcüstan vətəndaşı evsiz qalıb. Abxaziyada yaşayan insanlar sülh üçün evlərini tərk etməyə məcbur olublar.

 

Bizimlə əlaqə saxlayın