Oktyabrın 3-dək Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, aran bölgələrində və düzənlikdə gündüz saatlarında havanın temperaturu +27, +32, Qara dənizin sahili rayonlarında +25, +30, ölkənin dağlıq rayonlarında +24,
+29, yüksək dağlıq ərazilərdə +20,+25 dərəcə təşkil edəcək.
Bu həftə Tbilisidə hava isti və yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +28, +30 dərəcə isti olacağı gözlənilir
