Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Ağ Ev: "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun "fəlakətli nəticələri" olacaq"

421
Ağ Ev: "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun "fəlakətli nəticələri" olacaq"
Dinləmək üçün basın

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Salivan deyib ki, əgər Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun "fəlakətli" nəticələri olacaq.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Salivan deyib ki, əgər Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun "fəlakətli" nəticələri olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə o, ABC-yə müsahibəsində söyləyib.

"Əgər Rusiya bu sərhədi keçərsə, nəticələri fəlakətli olacaq.  Birləşmiş Ştatlar qətiyyətlə cavab verəcək”, - deyə o bildirib.

Salivan həmçinin qeyd edib ki, ABŞ "hər nəzərə alınmamış vəziyyət"i planlaşdırır.

"Biz prinsip qurmaq istəyirik ki, fəlakətli nəticələr olacaq, amma ritorik oyunlarla məşğul olmayaq. Beləliklə, ruslar harada olduğumuzu başa düşür, biz harada olduğumuzu anlayırıq, Rusiyanın bu addımı atmasının qarşısını almaq üçün lazım olanı edəcəyik... və əgər atsalar, biz qətiyyətlə cavab verəcəyik”, - deyə Salivan bildirib.

Eyni zamanda, Salivan bildirib ki, “Böyük yeddilik” Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendum”a cavab olaraq sanksiyaları sərtləşdirəcək.

"Onlar nəticələrin olacağını təkrarladılar və əlavə gücləndirilmiş sanksiyalar, o cümlədən Rusiyadan kənarda Rusiya döyüş maşınına dəstək verən və ya bu saxta referendumları dəstəkləyən qurum və şirkətlərə qarşı sanksiyalar olacaq", - Salivan deyib.

Bundan əlavə, Rusiyada davam edən etiraz aksiyaları ilə bağlı  sualı cavablandıran Salivan ABŞ-ın diqqətini Ukraynanı dəstəkləməyə yönəltdiyini bildirib və “Rusiyanın gələcəyini rus xalqı həll etməlidir” deyib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →