InterPress.ge xəbər verir ki, Anzor Kvaşilavanın evindən külli miqdarda pul və qızıl-zinət əşyaları götürülüb.
Ailə pulu evdə seyfdə saxladıqlarını deyib.
Kvaşilavanın sözlərinə görə, onlar 30 ilə yaxındır ki, kənd təsərrüfatından və digər gəlirlərdən əldə etdikləri pulları toplayıblar.
Axşam saatlarında ailə üzvləri qonşunun evinə gedib, naməlum şəxslər mənzilə daxil olublar və evdə olan pul və qızıl-zinət əşyalarını götürüblər.
Dələduzlar əl istehsalı mişarla seyfi sındırıblar. Kriminal ekspertlər artıq işini yerindəcə başa vurublar.
Hadisə ilə bağlı oğurluq maddəsi ilə araşdırma başlanılıb.
