24 
Sen
2022
20:57
437

Rustavidə "Rustavkalakoba" üçün hazırlıqlar başlayıb

Rustavidə "Rustavkalakoba" qeyd etməyə hazırlaşırlar. 

InterPress.ge xəbər verir ki, Rustavi meriyasının məlumatına görə, sentyabrın 25-də saat 20.00-da şəhərin əsas prospektində klassik gürcü musiqisi konserti keçiriləcək. 

Tədbirin əsas qonağı gürcü estradasının canlı əfsanəsi - Rustavidə ilk dəfə konsert verəcək Nani Breqvadze olacaq.

Covid pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Rustavkalakoba bu il fərqli formatda keçiriləcək.

"Sentyabrın 25-də bütün nəsillərin nümayəndələri birləşərək gürcü səhnəsinin əfsanəsi Nani Breqvadzeni şəhərdə qəbul edəcəklər. Axşam saat səkkizdə biz hər kəsi Kostava prospektində gözləyirik, əminəm ki, bizi unudulmaz axşam gözləyir", - Rustavi meri Nino Laçabidze bildirib.

Qeyd edək ki, Rustavkalakoba ənənəvi olaraq hər il payızda qeyd olunur.

Bizimlə əlaqə saxlayın