24 
Sen
2022
16:08
462

BBC - Gürcüstan-Rusiya sərhədində 10 kilometr uzunluğunda nəqliyyat növbəsi yaranıb

Rusiya vətəndaşları səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etməyə davam edirlər, Gürcüstan-Rusiya sərhədində 10 kilometr uzunluğunda nəqliyyat növbəsi yaranıb.

InterPress.ge xəbər verir ki, məlumatı BBC öz müxbirinə istinadən yayıb.

Nəşrin məlumatına görə, hərəkət çox yavaşdır və bəzi insanlar sərhədi keçmək üçün 20 saatdan çox gözləyirlər.

Rusiya-Finlandiya sərhədində də insan axını artıb. Finlandiya rəsmiləri ötən həftədən etibarən ölkəyə gələn rusların sayının iki dəfə artdığını açıqlayıb.

 

Bizimlə əlaqə saxlayın