24 
Sen
2022
12:37
540

Marneuli və Laqodexidə fermer qadınlara yardım göstəriləcək

Kənd İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının pilot proqramı çərçivəsində Laqodexi və Marneuli bələdiyyələrində fermer qadınlara il boyu kiçik torpaq sahəsində istixana təşkil etmək və kənd təsərrüfatı məhsulları becərmək imkanı veriləcək. 

InterPress.ge xəbər verir ki, proqram ən azı 200 kv/m (maksimum məbləğ 25 000 lari) təsərrüfat sahəsinin yaradılması üçün lazım olan məbləğin 90%-dən çoxunu maliyyələşdirəcək. 

Proqrama maliyyə ilə yanaşı, iştirakçılar üçün texniki yardım da daxildir.

Proqrama qeydiyyat sentyabrın 20-dən başlayıb.

BMT-nin Qadınlar Təşkilatı ilə Kənd İnkişafı Agentliyi arasında əməkdaşlıq İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Əməkdaşlıq Təşkilatı tərəfindən maliyyələşdirilən BMT Qadınlar Təşkilatının “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” regional layihəsinin bir hissəsidir.

 

Bizimlə əlaqə saxlayın