Rusiya-Gürcüstan sərhədindəki keçid məntəqəsində Rusiya Federasiyasını tərk etmək istəyənlərin 2000-ə yaxın yüngül nəqliyyat vasitəsini görmək mümkündür.
InterPress.ge xəbər verir ki, bu barədə TASS-a Şimali Osetiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Şimali Osetiya-Alaniya Respublikası ərazisində Zemo Lars keçid məntəqəsindən keçmək üçün növbəsini gözləyən 2 minə yaxın yüngül avtomobil var", - mətbuat xidməti bildirir.
