23 
Sen
2022
18:55
760

Vladiqafqazda ölkəni tərk etmək istəyənlərin çoxluğu səbəbindən Gürcüstan istiqamətində hərəkət məhdudlaşdırılıb

 Vladiqafqazda ölkəni tərk etmək istəyənlərin çoxluğu səbəbindən Gürcüstan istiqamətində hərəkət məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə
“Azadlıq” radiosunun rusdilli bürosu məlumat yayıb.

Mövcud məlumata görə, məhdudiyyətlər sentyabrın 23-də gecə saatlarında tətbiq edilib və saat 03:30 radələrində Vladiqafqaz şəhərində, Moskva və Kosta prospektlərinin kəsişməsində, yol polisi postunda nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan başqa, məlumatlara görə, keçid məntəqəsinə yalnız yerli dövlət nömrə nişanlı avtomobillər buraxılır, bu səbəbdən də bəzi insanlar Gürcüstan sərhədinə piyada, skuter, velosipedlə üz tutur, yaxud onları sərhədə aparmaq üçün yerli sakinlərə pul ödəyirlər.

Şimali Osetiya hakimiyyəti bu vəziyyətlə bağlı rəsmi şərh vermir.

Bizimlə əlaqə saxlayın