22 
Sen
2022
14:41
1319

Sakartvelo Banka hücum edən şəxs ifadəsində niyə helikopter, Rusiya bayrağı və lövbər tələb etdiyini açıqladı

Kutaisidə Sakartvelo Banka hücuma görə saxlanılan şəxsin ilkin ifadəsi dərc olunub.

InterPress.ge xəbər verir ki, saxlanılan Qriqol Narsia banka necə girib pul tələb etdiyini açıqlayıb.

"Bankdakı insanları girov götürdüm. Bundan sonra bankın qapısını bağladım və hazırladığım maket partlayıcı qurğunu taxdım. Bank işçilərindən mənə pul vermələrini istədim. Yerə bir az pul atdılar, mənim onlara yazığım gəldi, ona görə də bank işçisi qıza dedim ki, bank rəhbərinə zəng etsin və mənim üçün pul gətirsinlər. Orada olan girovlardan biri vasitəsilə telefon danışığı zamanı bank rəhbərindən girovların azad edilməsi müqabilində mənə 2 milyon ABŞ dolları, Rusiya Federasiyasının bayrağı və bir lövbər gətirmələrini istədim. Sözügedən söhbət bir neçə dəfə baş tutdu. Mən həmçinin avtomobil və köhnə Kutaisi aerodromunda helikopter istədim, bunun vasitəsilə Abxaziya və Rusiya istiqamətində ölkəni tərk edəcəkdim. Onun üçün mənə Rusiya bayrağı lazım idi, ona görə də sərhədi keçəndə bayrağı ona bərkitmək üçün lövbər istədim. Mənə dedilər ki, pulu gətiriblər, çantamın olub-olmadığını soruşdular, cavab verdim ki, var, pulu ala bilərəm.  Bu zaman qəfildən xüsusi təyinatlılar binaya daxil oldular, məni saxladılar, fiziki müqavimət göstərdim, amma məni saxlaya bildilər. Mən bıçaq, əl qumbarası və ya başqa şeylərdən istifadə etməmişəm, əlimdən aldılar”, - Qriqol Narsia bildirib.

O, baş verənlərdən təəssüfləndiyini bildirib və bu işdə şərikinin olmadığını deyib.

“Məni tutduqları zaman müqavimət göstərdim, xəsarətlər aldım, bu xəsarətlərlə bağlı heç bir şikayətim yoxdur. Silah və sursatların alınması, saxlanması və gəzdirilməsi, göstərdiyim banka basqın edilməsi, girov götürmək faktlarını etiraf edirəm. Mən etdiklərimə görə həqiqətən peşmanam və bunu nəzərə almağınızı xahiş edirəm. Yuxarıda qeyd olunan cinayətlərin hamısını mən tək törətmişəm və yuxarıda qeyd olunan cinayətin törədilməsində başqa heç bir şəxs iştirak etməyib”, - Narsia ifadəsində bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər