22 
Sen
2022
14:05
609

Gürcüstanın əksər bölgələrində yağış, dolu və külək gözlənilir

Sentyabrın 22-dən sentyabrın 25-i səhərədək Gürcüstanın əksər bölgələrində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək, dənizdə 2-3 bal gücündə fırtına gözlənilir. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sinoptiklərin proqnozlarına görə, gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında (xüsusilə Qərbi Gürcüstanda) suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər