22 
Sen
2022
12:29
1130

SOCAR xəbərdarlıq edir

Son zamanlar “Sokar” şirkəti adından müxtəlif tipli mesajlar yayılıb ki, bu mesajlar vasitəsilə ictimaiyyətə “Sokar”a aktiv yatırmaq təklif olunur. 

InterPress.ge xəbər verir ki, “Sokar” şirkəti əhaliyə xəbərdarlıq edir ki, bu cür təkliflərə aldanmasınlar və pul ödəməsinlər.

“Bu, insanları aldatmaq və pul qoparmaq üçün hazırlanmış saxtakarlıq sxemidir. Biz istifadəçilərimizə rəsmi mənbələrdən Sokarın marketinq fəaliyyəti haqqında məlumat veririk. Bunlar SGP.ge saytı və şirkətin rəsmi Facebook səhifəsidir. Biz ictimaiyyətdən xahiş edirik ki, maliyyə qərarları qəbul etməzdən əvvəl rəsmi mənbələrdəki məlumatları yoxlasınlar”, - “SOCAR Georgia Petroleum”un direktoru Nodar Ğançaveli deyib.

Maraqlananlar internet səhifəsi və rəsmi Facebook səhifəsindən əlavə olaraq “Sokar” qaynar xətti: *0001-də məlumatların həqiqiliyini yoxlaya bilərlər.

 

Bizimlə əlaqə saxlayın