22 
Sen
2022
10:49
485

Tbilisidə saxta pul hazırlayan şəxs saxlanıldı

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta pul hazırlamaq ittihamı ilə bağlı bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs Tbilisidəki evində saxta 100 larilik əskinas hazırlayıb və sonradan ticarət şəbəkəsində satıb.

“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta pul hazırlamaq faktı üzrə bir nəfəri saxladılar.

İstintaq təqsirləndirilən şəxsin qanunsuz maddi mənfəət əldə etmək məqsədi ilə Tbilisidəki mənzilində saxta 100 larilik əskinaslas düzəldib ticarət şəbəkəsində satdığını müəyyənləşdirdi.

Araşdırmalar nəticəsində ümumilikdə 800 lari dəyərində saxta 100 larilik əskinaslar, habelə saxta pulların hazırlanması üçün nəzərdə tutulmuş kompüter avadanlığı aşkar edilərək götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılan 212-ci maddəsinin birinci hissəsi ilə aparılır”, - deyə qurumdan bildirilib.

 

Bizimlə əlaqə saxlayın