22 
Sen
2022
10:20
493

Çin prezidenti ordunu hərbi hazırlığa çağırdı

Çin prezidenti Çin Xalq Azadlıq Ordusunu hərbi hazırlığa çağırıb. 

InterPress.ge xəbər verir ki, məlumatı Çin Mərkəzi Televiziyası yayıb.

Dövlət başçısı tərəfindən Pekində keçirilən milli müdafiə və hərbi islahatlar seminarının iştirakçılarına belə bir göstəriş ünvanlanıb.

Si Cinpin əmri Tayvan ətrafında vəziyyətin gərginləşməsi fonunda verib. Rəsmi məlumata görə, ABŞ və Kanada donanmasının gəmilərinin Tayvan boğazından keçməsindən sonra Çin bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Bizimlə əlaqə saxlayın