22 
Sen
2022
09:37
747

Rusiya sərhədlərini bağlaya bilər

Rusiyadan vətəndaşların “kütləvi axını” halında Rusiya sərhədləri bağlaya bilər.

InterPress.ge xəbər verir ki, “Meduza”nın verdiyi məlumata görə, bu barədə Putin administrasiyası məlumat yayıb.

Nəşrin mənbəsi qeyd edib ki, referendum keçirilənə qədər işğal olunmuş bölgələrdə sərhədlərin bağlanması nəzərdə tutulmur. Lakin çoxlu sayda vətəndaş ölkəni tərk edərsə, vəziyyət dəyişə bilər.  “Meduza”nın yazdığına görə, vəziyyət Rusiyanın güc strukturlarının (Müdafiə Nazirliyi, Xüsusi Xidmət və hüquq-mühafizə orqanları) qiymətləndirməsindən, həmçinin “referendum” və səfərbərliyin mümkün qədər tez keçirilməli olduğuna əmin olan ölkə prezidentinin qərarından asılıdır.

Xatırladaq ki, Rusiya prezidenti ölkədə qismən səfərbərlik elan edib. Putinin bu qərarından sonra Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.  Nümayişlərdə 1400-ə yaxın adam saxlanılıb.

Bizimlə əlaqə saxlayın