21 
Sen
2022
20:10
347

Almaniya kansleri: "Putinin qismən səfərbərlik və referendumların keçirilməsi barədə göstərişi "çarəsizlik" aktıdır"

Almaniya kansleri Olaf Şolzun fikrincə, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik və referendumların keçirilməsi barədə göstərişi "çarəsizlik" aktıdır.

InterPress.ge xəbər verir ki, Şolz BMT Baş Assambleyasında çıxışı zamanı deyib ki, Putin "cinayətkar müharibə" ilə qalib gələ bilməz və "son qərarları ilə hər şeyi daha da pisləşdirir".

"Putin əvvəldən ukraynalıların müqavimət iradəsini, eləcə də müttəfiqlərinin birliyini və qətiyyətini düzgün qiymətləndirməyib", - Şolz əlavə edib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində keçirilən "yalançı referendum" beynəlxalq ictimaiyyət tərəfindən "əlbəttə heç vaxt qəbul edilməyəcək".

"Yaşadığımız dünyada qanun gücdən üstün olmalıdır və güc heç vaxt qanundan güclü olmayacaq", - Almaniya kansleri deyib.

Bizimlə əlaqə saxlayın