21 
Sen
2022
14:32
221

"Hakimiyyət 19 aprel razılaşmasına qayıtmayacaq" - Kobaxidze

"Hakimiyyət 19 aprel razılaşmasına qayıtmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze açıqlama verib.

O bildirib ki, heç kim ləğv edilmiş razılaşmaya qayıda bilməz.

"100 gün imza atmadıqları sıfırlanmış sənədə gəlincə, əlbətdə ki, heç kim ləğv edilmiş razılaşmaya qayıda bilməz.  Sıfırlanmış razılaşmaya necə qayıda bilərik, bilmirəm. Əlbətdə ki, qayıtmayacağıq, sıfırlanıb, bitdi, keçmişdə qaldı", - deyə o söyləyib. 

Məlumat üçün bildirək ki, parlament müxalifət partiyaları və müstəqil millət vəkilləri birgə bəyanat yayıblar və hakimiyyətə  12 tövsiyə üçün "əsas yanaşmalar" təklif ediblər. Bəyanatda bildirildiyinə görə, 19 aprel razılaşmasına (Şarl Mişel sənədi)  qayıtmağı, o cümlədən ikinci və üçüncü oxunuşda konstitusiya dəyişikliklərini qəbul etməyi və  siyasiləşdirilmiş ədalətə son qoymağı depolarizasiya üçün əsas hesab edirlər. 19 aprel siyasi saziş çərçivəsinə uyğun olaraq Seçki Məcəlləsini dəyişdirməyi əsas hesab edirlər.

Bizimlə əlaqə saxlayın