21 
Sen
2022
12:56
1789

Tbilisidə binada ölü halda tapılan tələbə gənclərlə bağlı əlavə təfərrüatlar

Muxianidə, Dumbadze küçəsindəki yaşayış binalarından birində ölən iki gəncin iki gün əvvəl öldüyü bildirilib.

InterPress.ge xəbər verir ki, ölən gənclərin tələbə olduqları və kirayədə qaldıqları bildirilib.

"Dünən işdən gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri gördüm və baş verənləri bundan sonra bildim. Mən bu gəncləri tanımırdım, heç vaxt görməmişəm. Təxminən bir ay burada yaşayıblar, bu evdə daha əvvəl bir ailə yaşayıb. Səhv etmirəmsə, onlardan birinin atası bura gəlmişdi. Binada qaz qoxusu olmayıb, başqa bir şey bilmirəm", - deyib qonşulardan biri.

Gənclərin meyiti Levan Samxarauli Milli Ekspertiza Bürosuna köçürülüb. Ölümün dəqiq səbəbi bundan sonra müəyyən ediləcək.

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 115-ci maddəsi (intihar etmə) ilə araşdırmalara başlayıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər