InterPress.ge xəbər verir ki, “Kuriyer” girovlardan biri ilə əlaqə saxlamağa müvəffəq olub.
“Vəziyyət gərgindir, pulun gətirilməsini gözləyirik ki, tezliklə buradan çıxaq. 13 və ya 14 nəfərik, dəqiq bilmirəm. [Soyğunçu] saniyəölçən quraşdırıb, vaxt bitmək üzrədir və o, partlaya bilər. Nə qədər vaxt qalıb bilmirəm. Biz həyəcanlı və narahatıq. Əgər pulu gətirsəniz, onda canlı yayıma çıxacağını bildirir”, - girovlardan biri deyib.
