20 
Sen
2022
15:46
464

Gürcüstanda təbii qaz bahalaşacaqmı?

“Gürcüstanda əhali üçün qiymət sosial qazdan götürülüb. Yəni biz bu tarifi sosial qazın məbləği ilə qoruyub-saxlayırıq, əks halda tarifə real qiymətləri daxil etsəydik, o zaman xeyli baha olardı”.

InterPress.ge xəbər verir ki, bu barədə enerji eksperti Qia Arabidze “Palitra” və "Palitranius" radiosunun "İş" proqramında danışıb.

Onun sözlərinə görə, bu tarifin indiki kimi olması və enerji şirkətlərinin işləyə bilməsi üçün dövlət 1000 kubmetrə 90 dollara qədər subsidiya verir.

“Bu, Azərbaycanın Avropaya verdiyi böyük tələbat sayəsində mümkün olub, təxminən 17-18 milyard kubmetrdən söhbət gedir. Yaxın gələcəkdə istifadə olunan qazın həcminin artacağı gözləntisi, sosial qazın artacağı və tarifin tənzimlənəcəyi deməkdir, ona görə də bizdə qiymətlərin arta biləcəyi gözləntiləri yoxdur, ancaq burada kommersiyanı nəzərdə tutmuram, lakin əhali üçün heç bir ciddi dəyişiklik olmayacaq", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın