20 
Sen
2022
14:28
535

Rusiya bayrağı, balıqtutan, helikopter - Soyğunçu yeni tələblər irəli sürdü

Sakartvelo Bankın Kutaisidəki filialına soxulan şəxs yeni tələblər irəli sürüb.

InterPress.ge xəbər verir ki, o, Rusiya bayrağı, balıqtutan, helikopter və 2 milyon dollar istəyib.

Yayılan videogörüntülərdə görünür ki, hərbi geyimdə olan şəxs tələbləri barədə bankda saxlanılan girovlara məlumat verir və onlar onun tələblərini telefonla qeyd edirlər. Qeyri-rəsmi məlumata görə, soyğunçu iki girovu azad edib.

Təxminən 2 saat əvvəl silahlı şəxs banka girib.

Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşları banka səfərbər olunub.

Bizimlə əlaqə saxlayın