20 
Sen
2022
13:48
328

Hazırda Sakartvelo Bankın filialında 12 nəfər girov var - DİN

Hazırda Sakartvelo Bankın Kutaisidəki filialında 12 nəfər girov var.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Sakartvelo Bankın filiallarından birinə basqın, terror aktı, terror məqsədi ilə girov götürmə və qanunsuz silah-sursat almaq-saxlama-daşıma faktı ilə bağlı araşdırmalara başlanılıb.

“Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları Kutaisi şəhərində, Şota Rustaveli prospektində səfərbər olunub, əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Sakartvelo Bankın filiallarından birinə basqın, terror aktı, terror məqsədi ilə girov götürmə, qanunsuz silah-sursat əldə etmə, saxlama və gəzdirmə faktı ilə bağlı araşdırmalara başlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, silahlı şəxs külli miqdarda pul əldə etmək məqsədilə Kutaisi şəhərinin Şota Rustaveli prospektində yerləşən Sakartvelo Bankın filialına soxularaq bir neçə nəfəri girov götürüb.

Hazırda binada 12 nəfər girov olaraq qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması üçün bütün lazımi tədbirləri görürlər.

Daxili İşlər Nazirliyi bir daha KİV nümayəndələrini və vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, polis əməkdaşlarının göstərişlərinə yerindəcə tabe olmağa çağırır.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144, 236, 323 və 329-cu maddələri ilə araşdırma aparılır”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın