20 
Sen
2022
13:37
334

Nika Qvaramiya: "Mişanı salamlayıram, onun üçün çox narahatam"

"Mişanı salamlayıram, onun üçün çox narahatam. Düyünün açılması yaxındır. Əminəm ki, o da bunu bilir".

InterPress.ge xəbər verir ki, bunu "Mtavari Arxi"nin direktoru Nika Qvaramiya məhkəmə iclasında çıxışı zamanı deyib.

Nika Qvaramiya Mixeil Saakaşvilini sağlamlığının qeydinə qalmağa çağırıb.

“Mişanı salamlayıram, onun üçün çox narahatam. Mən onun Ukrayna ilə bağlı hər yazısını gözləyirəm, onun təhlili məni çox maraqlandırır. Onu cəsarətli və yaxşı olmağa çağırıram. Hazırda bundan vacib heç nə yoxdur. Düyünün açılması yaxındır. Əminəm ki, o da bütün bunları bilir. İlk növbədə sağlamlığının qeydinə qalsın”, - Qvaramiya deyib.

 

Bizimlə əlaqə saxlayın