20 
Sen
2022
13:17
447

Levan Xabeişvili: "Nə qədər ki, Nika Qvaramiya və Mixeil Saakaşvili “əsir və girovluqda”dır, ölkədə depolarizasiya baş verməyəcək"

“Milli Hərəkat”ın liderlərindən olan Levan Xabeişvilinin sözlərinə görə, nə qədər ki, “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramiya və ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili “əsir və girovluqdadırlar” depolarizasiya baş verməyəcək.

InterPress.ge xəbər verir ki, o, bu barədə Nika Qvaramiyanın məhkəməsinin davam etdiyi Apellyasiya Məhkəməsində jurnalistlərə açıqlama verib.

Xabeişvilinin sözlərinə görə, onun Nika Qvaramiyanın işi ilə bağlı ədalətli qərarın çıxacağına ümidi yoxdur.

"Hamı yaxşı bilir ki, Nika Qvaramiya Bidzina İvanişvilinin şəxsi məhbusudur. Açığı, mənim məhkəmənin ədalətli olacağına ümidim yoxdur. “Gürcü Arzusu” başa düşməlidir ki, siyasi girovlarla heç bir depolarizasiya və  Aİ-yə üzvlük olmayacaq”, - Levan Xabeişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər