Qoridə polisə məxsus pikap və “Volkswagen” markalı minik avtomobili toqquşub.
InterPress.ge xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Təcili yardım briqadası yaralını “Qormedi” klinikasına çatdırıb. Məlumata görə, yaralıya müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalara başlanılıb.
