InterPress.ge xəbər verir ki, soyğunçu 2 milyon lari qarşılığında bankdakı insanları azad edəcəyini vəd edir.
“Bizə dedilər ki, soyğunçu 2 milyon pul tələb edir. O, bir neçə nəfəri girov götürüb. Ərazi sarı lentlə əhatə olunub, ora daxil olmağa icazə verilmir”, - deyə hadisə yerində olanlardan biri deyib.
Həmçinin, şahidin sözlərinə görə, atəş səsləri eşidilib. Lakin xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları girovladan birini sağ-salamat çıxarıblar.
Kutaisi şəhərinin Rustaveli küçəsində bir neçə saatdır ki, xüsusi əməliyyat keçirilir.
