20 
Sen
2022
12:19
376

DİN “Sakartvelo Bank”ın filialına silahlı şəxsin basqın etməsi ilə bağlı məlumat yayır

Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları Kutaisi şəhərinin Şota Rustaveli prospektində yerləşən banka səfərbər olunub.

InterPress.ge xəbər verir ki, ilkin məlumata görə, “Sakartvelo Bank”ın filialına silahlı şəxs daxil olub.

“Hücum barədə bildiriş aldıqdan sonra polis əməkdaşları dərhal cavab rejimində hadisə yerinin ətrafını mühasirəyə alıblar. Hazırda hadisə yerinə səfərbər olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün zəruri və təxirəsalınmaz prosedurlar həyata keçirilir, istintaq-əməliyyat tədbirləri aparılır. Daxili İşlər Nazirliyi KİV nümayəndələrini və vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, polis əməkdaşlarının göstərişlərinə yerindəcə tabe olmağa çağırır”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

 

Bizimlə əlaqə saxlayın