27 
Iyn
2020
13:48
1482

Fuad Qəhrəmanov növbəti dəfə DTX-ya çağırılıb

Müxalif Yeni Gürcüstan partiyasının Marneuli üzrə sədri Fuad Qəhrəmanov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb.

Bu haqda InterPress.ge-yə Fuad Qəhrəmanov bildirib.

F. Qəhrəmanov bildirir ki, növbəti dəfə DTX-ya çağırılmasının səbəbini bilmir. O, güman edir ki, Marneulidə koronavirusla bağlı Mtavari Arxi kanalına verdiyi müsahibə səbəbindən çarılır.

Qəhrəmanov eyni zamanda qeyd etdi ki, sorğunu məhkəmə vasitəsi ilə keçirilməsini tələb edəcək.

Xatırladaq ki, 2020-ci il 20 iyunda “Mtavari Arxi”-nin efirində Marneulidə koronavirusla bağlı süjet efirə çıxıb.

Süjetdə söhbət gedir ki, Marneuli munisipalitetində müxtəlif səbəblərdən vəfat edən şəxslərin ailə üzvlərinə, tibb işçiləri və hakimiyyət nümayəndələri, vəfat etmənin səbəbi olaraq yeni koronavirusun adlandırılması müqabilində müəyyən məbləğ (3000-dən 10 000 lariyədək) təklif edilib.

Ötən gün, Ərkinaz Quliyeva və Zanura Talıbova DTX-da dindirilmədən çıxdıqdan sonra onlar bildirdilər ki, kanal onların şərhlərinin tərcüməsini çirkinləşdirib və onlara heç bir məbləğ təklif olunmayıb.

Bununla bağlı DTX istintaqa başlayıb. Artıq bununla bağlı bir neçə nəfər dindirilib. İstintaq sabotaj maddəsi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər