19 
Sen
2022
13:58
469

Gürcüstanda pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları istehsal ediləcək

İlin sonuna kimi Gürcüstanda pilotsuz kəşfiyyat və döyüş uçuş aparatlarının istehsalına başlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burculadze məlumat verib.

Onun sözlərinə görə, dron istehsal edən Polşa şirkəti ilə bütün rəsmi proseslər artıq başa çatıb.

“Polşa şirkəti ilə bütün rəsmi proseslər başa çatıb. Bu şirkətin məhsulları praktikada fəal şəkildə istifadə olunur və çox düzgün özəl müəssisədir. Biz “Delta” şirkəti ilə birgə özəl müəssisə yaratmışıq və ilin sonunadək istehsala başlayacağıq”, - Cuanşer Burculadze bildirib.

Xatırladaq ki, 2022-ci il iyunun 9-da parlamentin naziri formatında müdafiə naziri Cuanşer Burculadze operativ və taktiki pilotsuz kəşfiyyat və döyüş uçuş aparatlarının istehsalının vacibliyindən danışıb.

 

 

Bizimlə əlaqə saxlayın