Cari ilin 6 ayında Gürcüstan vətəndaşları istirahət üçün ən çox Türkiyəyə səfər edib (36,5%).
InterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsini icra edən Medea Caniaşvili məlumat verib.
O qeyd edib ki, Türkiyədən sonra ən çox Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Almaniya və Polşaya səfər edilib.
“2022-ci ilin I-II rübünün məlumatına görə, gedən ziyarətçilərin sayı 1 244 660 nəfər olub, gecələmələrin orta sayı isə 6 gecə müəyyən edilib. Əyləncə, istirahət məqsədilə ən çox Türkiyəyə (36,5%), Birləşmiş Ərəb Əmirliklərinə (9%), Ermənistana (7%), Almaniyaya (4,1%), Polşaya (2,4%) səfər edilib. Qalan ölkələrdə nisbətən az səfərlər qeydə alınıb”, - Medea Caniaşvili bildirib.
