19 
Sen
2022
10:54
345

Tbilisidə parkinq haqlarının ödənilməməsinə görə bu il 255 minə qədər cərimə yazılıb

2022-ci il yanvarın 1-dən sentyabrın 7-dək paytaxt ərazisində parklanma haqlarının ödənilməməsinə görə 254 965 elektron cərimə qəbzi verilib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından verilən məlumatda qeyd olunub.

2022-ci ilin 8 ayı ərzində verilən cərimə qəbzlərinin sayı 2021-ci ilin tam göstəricisini 88 719 ədəd ötüb.

“Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 1252-ci maddəsinin birinci hissəsi Tbilisi şəhərinin inzibati hüdudları daxilində Tbilisi bələdiyyəsinin nümayəndəlik orqanı tərəfindən müəyyən edilmiş parkinq rüsumunu ödəmədən nəqliyyat vasitəsinin park edilməsini nəzərdə tutan hüquq pozuntusunu nəzərdə tutur. Qeyd olunan maddə əsasında zonalar üzrə müəyyən edilmiş parklanma haqlarının ödənilməməsinə görə 2020-ci ildə 16 627, 2021-ci ildə 166 246, 2022-ci il yanvarın 1-dən sentyabrın 7-dək isə 254 965 elektron cərimə qəbzi verilib. 

Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1252-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş xətaya görə cərimənin məbləği 10 laridir. Qeyd olunan məbləğin dövlət büdcəsinə ödəniləcəyini nəzərə alaraq, “Tbilisi Nəqliyyat Şirkəti” MMC bu hissədə vəsaitin həcmi barədə sizə məlumat vermək imkanından məhrumdur”, - deyə məlumatda bildirilib.

 

Bizimlə əlaqə saxlayın