16 
Sen
2022
14:00
397

Müxalifət partiyalarının əksər tərəfdarları hesab edirlər ki, müxalifət onların maraqlarından çıxış etmir

Müxalifət partiyalarının tərəfdarlarının əksəriyyəti müxalifətin onların maraqlarından çıxış etmədiyi qənaətindədir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun araşdırmasında qeyd olunub.

Araşdırmaya görə, əhalinin əksəriyyəti nə hakim partiyanın, nə də seçilmiş müxalifət partiyalarının ölkənin maraqlarından çıxış etmədiyi qənaətindədir.

"Hakim “Gürcü Arzusu” partiyasının xalqın və ölkənin maraqlarından çıxış etməsi ilə bağlı fikirlərlə razısınızmı" sualına respondentlərin 34%-i bəli, 59%-i xeyr cavabını verib, eyni sualın 2021-ci ilin dekabrında cavabı belə olub - 36% razıyam, 51% - razı deyiləm.

"Parlamentdə və yerli özünüidarəetmə orqanlarında seçilən müxalifət partiyaları xalqın və ölkənin mənafeyinə uyğun hərəkət edirmi" sualına əhalinin 67%-i xeyr, 23%-i bəli cavabını verib, 9%-i cavabı bilmədiyini söyləyib.

Araşdırmaya görə, müxalifət partiyalarının xalqın mənafeyindən çıxış etmədiyini düşünənlərin sayı 14% artıb.

Daha konkret desək, "parlamentdə və yerli özünüidarəetmə orqanlarında seçilən müxalifət partiyalarının (fikirinizə ən yaxın partiya)  xalqın və ölkənin mənafeyindən çıxış etməsi ilə bağlı fikirlərlə razısınızmı?" sualına "Gürcü Arzusu"nun tərəfdarlarının 78%-i bəli, 17%-i isə xeyr cavabını verib. Müxalifəti dəstəkləyən sorğuda iştirak edən əhalinin 80%-i eyni fikirlə razılaşmayıb, 16%-i isə razı olduğunu söyləyib.

Bundan əlavə, təşkilatın məlumatına görə, sorğuda iştirak edən və partiyanın adını çəkməyən əhalinin 71 faizi bu fikirlə razı deyil, 20 faizi isə razıdır.

 "Parlamentdə və yerli özünüidarəetmə orqanlarında seçilən müxalifət partiyalarının xalqın və ölkənin mənafeyindən çıxış etməsi ilə bağlı fikirlərlə razısınızmı?" sualına "Gürcü Arzusu"nun tərəfdarlarının 64 faizi xeyr, 29 faizi bəli cavabını verib. Müxalifəti dəstəkləyən sorğuda iştirak edən əhalinin 63%-i eyni fikirlə razılaşmayıb, 29%-i razılaşıb.

Təşkilatın məlumatına görə, sorğuda iştirak edən və partiyanın adını çəkməyən əhalinin 71 faizi bu fikirlə razı deyil, 18 faizi razıdır.

Milli Demokratiya İnstitutu və CRRC-Georgia tərəfindən dərc olunan hesabat iyulun 14-dən avqustun 15-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Avqust sorğusuna ümumilikdə 2104 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 2 faizdir.

Bizimlə əlaqə saxlayın