16 
Sen
2022
13:26
398

Parlament əhalinin ehtiyaclarına cavab verirmi? - NDI sorğunun nəticələrini açıqladı

Milli Demokratiya İnstitutunun (NDI) sorğusuna qatılan əhalinin əksəriyyəti parlamentin əhalinin ehtiyaclarına cavab vermədiyini düşünür.

InterPress.ge xəbər verir ki, bu kontekstdə müsahibədə iştirak edən şəxslər bir sıra fikirlərlə bağlı öz mövqelərini bildiriblər.

"Parlament üzvünə qəsəbəmdəki problemləri desəm, problemlərin həlli üçün addımlar atardımı” sualına 36% bəli, 54% xeyr cavabını verib, qalan 10% isə sualın cavabını bilmədiyini söyləyib.

“Parlament mənim üçün vacib olan məsələlərlə bağlı qanunları təsdiq edir” fikrinə 36% bəli, 56% xeyr cavabını verib, 8% isə sualın cavabını bilmədiyini söyləyib.

“Parlament hökumətin (nazirliklərin) fəaliyyətinə səmərəli nəzarət edir” kimi başqa bir fikrə  respondentlərin 33 faizi bununla razı olduğunu, 45 faizi razı olmadığını, 22 faizi bilmədiyini söyləyib, 1 faizi isə cavab verməkdən imtina edib.

Respondentlərin cəmi 27%-i “Parlamentin vətəndaşlarla mütəmadi əlaqə saxlaması” fikri ilə razıdır, 65%-i razı deyil, 8%-i cavabı bilmir.

Milli Demokratiya İnstitutu və CRRC-Georgia tərəfindən dərc olunan hesabat iyulun 14-dən avqustun 15-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Avqust sorğusuna ümumilikdə 2104 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 2 faizdir.

Bizimlə əlaqə saxlayın