Gürcüstanın baş infeksionisti hansı mülkə sahibdir?
Amiran Qamğrelidze baş infeksionist vəzifəsinə təyin olunandan bu günədək 87.563 lari illik əmək haqqı alıb ki, bununda 30 min larisini xeyriyyəçiliyə yatırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli sağlamlıq mərkəzinin baş direktoru Amiran Qamğrelidze öz mülkü haqqında 2020 ci ilin may ayında deklarasiya doldurub.
Deklarasiyaya görə, A. Qamğrelidzenin adına Tbilisidə yalnız 1 ev var. Bu ev 1973 cü ildə Amiran Qamğrelidzeyə ailəsi tərəfindən verilib. Evin sahəsi 40 kv/m-dir.
Ailə üzvlərinə gəldikdə isə Amiran Qamğrelidzenin həyat yoldaşının adına hədiyyə olaraq 2017-ci ildə yaşayış evinin 50%-zi verilib, 1989 cu ildə Tbilisidə 1000 kv/m torpaq sahəsi, 1974 cü ildə hədiyyə edilən sahəsi 102/75 kv/m olan Tbilisidə ev və 1990 cı ildə 15000 lariyə alınan Kvesetidə 200kv/m ev var.
Deklarasiyada bildirilir ki, Qamğrelidze allergiya və immunoloji mərkəzində elmi müşavir vəzifəsində 2019-cu ilin 1 yanvarından 31 dekabrınadək 28 800 lari əmək haqqı alıb.
Eyni vaxtda Tbilisinin tibb universitetinin professoru olaraq 50747 lari əmək haqqı alıb, dünya Səhiyyə Təşkilatından pensiya kimi 8492 dollar alıb.
Xəstəliklərə nəzarət milli sağlamlıq mərkəzinin baş direktoru vəzifəsində isə 87563 lari əmək haqqı alıb.
Bundan başqa Qamğrelidze nəvələrinin pensiya hesabına 3 600 dollar yattırıb.
Bank hesabına gəldikdə isə o deklarasiya dolduran zaman hesabında:
Bankın baza əmək haqqı üçün 2095.27 GEL.
TBC Bankın əmanəti üzrə - 17579.58 USD, əmək haqqı üzrə - 11 702.67.
Eyni zamanda, Gürcüstan Bankının depozitində - 20 000 ABŞ dolları, əmək haqqı üzrə - 6,449.45, cari üzrə - 3 093.9 ABŞ dolları.
Amiran Qamğrelidzenin nəğd pul kimi isə 15 min larisi var.


