15 
Sen
2022
11:56
941

Gürcüstanda süd məhsulları rekord həddə bahalaşıb

Gürcüstanda süd məhsulları rekord həddə bahalaşıb. Pendir, süd və süd məhsullarının qiyməti artıb. Rəsmi statistikaya görə, avqust ayında südün illik qiyməti 19,5% artıb.

InterPress.ge xəbər verir ki, məsələ ilə bağlı “Şiraki”nin yaradıcısı Nikoloz Beniaidze “Biznesin kursu” efirində danışıb.

Beniaidze süd məhsullarının qiymətinin artmasına nəyin səbəb olduğunun izah edib.

“Ümumiyyətlə, hər il payızda qiymətlər artır və bu, əsasən, əlavə ərzaq məhsullarının tədarükü ilə bağlıdır. Amma bu il əvvəlki illərlə müqayisədə qiymətlər xüsusilə yüksəkdir, çünki çoxlu müxtəlif səbəblər var. Məsələn, pendir çiy süddən hazırlanır, öz növbəsində süd istehsalçıları fermerlərdən süd yığırlar. Yayda Kaxeti və Kvemo Kartlidə 3 ay quraqlıq oldu, ot yox idi, ona görə də çiy südün miqdarı azalıb. Süd istehsalı əhəmiyyətli dərəcədə azalıb.

Fermerlərə mal-qaranı bəsləmək çox baha başa gəldi. Bununla belə hər il sağım inəklərinin sayı azalır. Ölkədə sənaye təsərrüfatları da inkişaf etmir. Məhsulun özündə qıtlıq var. 

Bundan əlavə, işçilərin əməkhaqqı artdı, texnika xidməti bahalaşdı, yanacağın qiyməti artdı. Əlavə qida tədarükü bu zamandan artır və çiy süd daha baha başa gəlir", - deyə o söyləyib.

 

Bizimlə əlaqə saxlayın