14 
Sen
2022
22:10
431

İrakli Ğaribaşvili: "Ermənistan və Azərbaycan bizim dost ölkələrimizdir və bu ölkələrdə baş verənlər bizim üçün qəbuledilməzdir"

Biz qonşuluğumuzda baş verən hadisələri böyük narahatlıqla izləyirik.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Almaniya Federativ Respublikasının kansleri Olaf Şolzla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir tərəflərin tezliklə dialoq yoluna qayıdacaqlarına ümid etdiyini bildirir.

"Bizim qonşuluğumuzda baş verən hadisələri böyük narahatlıqla izləyirik. Ermənistan və Azərbaycan bizim dost ölkələrimizdir. Bu ölkələrdə baş verənlər bizim üçün qəbuledilməzdir və biz bu hadisələri böyük narahatlıqla müşahidə edirik.

Sizə onu da demək istəyirəm ki, bizim iki dövlət arasında uğurlu vasitəçilik fəaliyyətimiz oldu, o zaman biz şəxsən mənim iştirakımla Azərbaycandan 15 hərbi əsiri azad edə bildik və bunun müqabilində Ermənistan minalanmış ərazilərlə bağlı çox vacib xəritələri təhvil verdi.

Demək istəyirəm ki, ümumiyyətlə, təhlükəsizlik mühitini dəyişəcək, onu daha da pisləşdirəcək bütün hərəkətlər bizim ümumi narahatlığımıza bəhanə və səbəb olmalıdır, ona görə də ümid edirəm ki, tərəflər tezliklə dialoq yoluna qayıdacaqlar, masa arxasına əyləşəcəklər və bu münaqişə tezliklə bitəcək", - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın