14 
Sen
2022
15:49
6954

Gürcüstanda verilən sürücülük vəsiqəsi bu ölkədə istifadə edilə bilər

Gürcüstanın Qətərdəki səfirliyi və Daxili İşlər Nazirliyinin birgə səyləri ilə Qətərin Daxili İşlər Nazirliyi bu il sentyabrın 14-dən Gürcüstanda verilmiş sürücülük vəsiqələrinin tanınması barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Sözügedən qərar Qətərdə yaşayan Gürcüstan vətəndaşlarına Gürcüstanda verilmiş sürücülük vəsiqəsinin sadələşdirilmiş qaydada dəyişdirilməsini nəzərdə tutur. Xüsusilə, Qətərdə yaşamaq icazəsi olan Gürcüstan vətəndaşları əlavə imtahan və məcburi təlim keçmədən Gürcüstan sürücülük vəsiqəsini dəyişdirə və müvafiq kateqoriyalı Qətər sürücülük vəsiqəsi ala biləcəklər.

“Qətərdə turist olan Gürcüstan vətəndaşlarının Gürcüstanda verilmiş sürücülük vəsiqəsindən istifadə etməsinə gəlincə - Gürcüstanda verilmiş sürücülük vəsiqəsinin sahibi olan şəxsin Gürcüstanın müvafiq qurumu tərəfindən verilmiş beynəlxalq sürücülük vəsiqəsi də olmalıdır. Şəxs Qətərə getdikdən sonra 3 ay ərzində bu vəsiqədən istifadə edə bilər. Maraqlanan vətəndaşlar sürücülük vəsiqəsini dəyişdirmək üçün Qətər Yol Hərəkəti Departamentinin mərkəzi ofisinə müraciət etməlidirlər”, - Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər