14 
Sen
2022
14:34
361

Prezidentin parlament katibi: "Parlament nə prezidentin əsaslandırılmış iradlarını, nə də Venesiya Komissiyasının rəyini nəzərə almadı"

"Parlament nə prezidentin əsaslandırılmış iradlarını, nə də Venesiya Komissiyasının rəyini nəzərə almadı, bizim qanunu imzalamağımız məntiqsiz olardı".

InterPress.ge xəbər verir ki, prezidentin parlament katibi Qiorqi Msxiladze bu barədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Venesiya Komissiyasının gəldiyi nəticə təkcə parlamentin layihəni tələsik qəbul etməsi ilə bağlı deyildi və orada hüquqi arqumentlər də göstərilib.

“Biz əvvəldə necə idiksə, eyni mövqedə qalırıq, parlament nə prezidentin əsaslandırılmış iradlarını, nə də Venesiya Komissiyasının rəyini nəzərə almadı, bizim sözügedən qanunu imzalamağımız məntiqsiz olardı. Müvafiq olaraq, konstitusiya ilə müəyyən edildiyi kimi, prezident qanunu imzalamadıqda, 5 gündən sonra parlamentin sədri onu imzalayır və qanun qüvvəyə minir. Siyasi veto o demək deyil ki, biz bunu sadəcə istədik və qoyduq. Prezident müəyyən təhlükələr gördü və ona görə də veto qoydu, siyasi vetoda bu nəzərdə tutulurdu. Həmçinin, Venesiya Komissiyası öz yekununda qeyd edib ki, tələsik qəbul edilib, orada hüquqi arqumentlər də göstərilib, nəticəni oxusanız, məlumat verilməməsindən danışılır ki, insan heç vaxt dinləyib-dinləmədiyini öyrənməyə bilər, ancaq bu, onun əsas hüququdur", - Msxiladze bildirib.

Məlumat üçün bildirək ki, bu gün parlamentin sədri Şalva Papuaşvili telefon danışıqlarının dinlənilməsi haqqında qanunu imzalayıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər