13 
Sen
2022
16:51
460

İrakli Ğaribaşvili ilə Nikol Paşinyan arasında telefon danışığı baş tutdu

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

InterPress.ge xəbər verir ki, söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.

Nikol Paşinyan İrakli Ğaribaşviliyə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında növbəti hərbi münaqişə və qarşıdurma nəticəsində yaranmış vəziyyət barədə məlumat verib.

İrakli Ğaribaşvili tərəflərin danışıqlar masasına qayıdacağına və vəziyyətin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Gürcüstanın baş naziri bir daha Gürcüstanın gərginliyin azaldılması və regionda sülhün bərqərar olması üçün fəal vasitəçilik etməyə hazır olduğunu təsdiqləyib.

Məlumatı hökumət administrasiyası yayıb.

 

Bizimlə əlaqə saxlayın