13 
Sen
2022
11:56
1020

Kobaxidze Azərbaycan-Ermənistan sərhədində baş verən vəziyyətə münasibət bildirdi

"Bizim üçün əsas məsələ regionda sülhün təmin olunmasıdır ki, bu da əsas ağrı, istək və vəzifədir. Əgər Gürcüstan hökuməti bununla bağlı hər hansı rol oynaya bilərsə, təbii ki, biz bunlara hazırıq".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Ermənistan və Azərbaycan sərhədində mövcud vəziyyət barədə danışarkən deyib.

Kobaxidzenin sözlərinə görə, Ermənistan-Azərbaycan, Ukrayna münaqişəsindən daha həssasdır, çünki bu, iki qonşu və dost ölkəyə aiddir.

“Əsas məsələ Ukrayna məsələsi ilə bağlı dediyimiz kimi münaqişəni dayandırmaq olmalıdır və bu mövzu iki qonşu və dost ölkəyə aid olduğu üçün daha həssasdır. Əgər nə isə edə bilsək, hər şeyi edəcəyik”, - İrakli Kobaxidze bildirib.

Jurnalistlərin Təhlükəsizlik Şurasının münaqişəni müzakirə etmək üçün toplanması ilə bağlı sualına Kobaxidze deyib ki, hökumət daxilində belə məsələlərlə bağlı məsləhətləşmələr aparmaq problem deyil.

"Gürcüstan parlament respublikasıdır, hökumət bu cür məsələləri müzakirə edən əsas orqandır və hökumət daxilində belə məsələlərlə bağlı məsləhətləşmələr aparmaq problem deyil", - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın