Almaniyada gürcüstanlı mühacir ölüb.
InterPress.ge xəbər verir ki, bununla bağlı “Emiqrantların ümidi”nin əməkdaşı Şoto Sixarulidze açıqlama verib.
Onun sözlərinə görə, mərhum kişi Almaniyanın Axen şəhərində yaşayıb.
Əldə olan məlumata görə, kişi evdə ölü tapılıb. Onun infarkt keçirdiyi güman edilir.
Ondan geriyə iki azyaşlı övladı qalıb.
