İyun-iyul aylarında real yol hərəkətində neçə nəfər imtahandan keçib?
İyun-iyul aylarında real yol hərəkətində 1341 nəfər sürücülük vəsiqəsi imtahanından keçib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatlarında qeyd olunub.
Məlumata görə, iyun ayında 556 nəfərə, iyulda isə 785 nəfərə sürücülük vəsiqəsi verilib. May ayının məlumatlarına gəlincə, 2269 nəfər sürücülük vəsiqəsi imtahanından keçib, onların bir qismi köhnə sistemlə, bəziləri isə yeni sistemlə imtahan verib.
Xatırlatmaq istərdik ki, “B” və “BE” kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək üzrə praktiki sınaq imtahanı bu ilin aprel ayının 25-dən iki mərhələdən ibarət olub. Birinci mərhələ qapalı meydançada, ikinci mərhələ isə real hərəkət şəraitində keçirilir. Şəxs nəzəri imtahanı müvəffəqiyyətlə verdikdən sonra 30 təqvim günü müddətində praktiki imtahanın birinci mərhələsində, birinci mərhələdən uğurla keçdikdən sonra isə 365 təqvim günü müddətində praktiki imtahanın ikinci mərhələsində iştirak etmək hüququna malikdir. Bundan əlavə, maraqlanan şəxs birinci mərhələdən uğurla keçdikdən sonra 15 gündən gec olmayaraq praktiki imtahanın ikinci mərhələsinə (ilkin buraxılış) buraxılır.


