12 
Sen
2022
10:50
718

12 yaşlı nəvəsini zorlamaqda təqsirləndirilən 60 yaşlı baba həbs cəzasına məhkum edildi

Xaşuri Rayon Məhkəməsi 12 yaşlı nəvəsini zorlamaqda təqsirləndirilən 60 yaşlı babanı 16 il müddətinə azadlıqdan məhrum edib.

InterPress.ge xəbər verir ki, məhkəmə prokurorluğun təqdim etdiyi sübutları qəbul edərək təqsirləndirilən şəxs barəsində hökm çıxarıb.

Məhkum və onun vəkili qərarla razılaşmayıb. Zurab Toduanın müsahibəsində bildirdiyinə görə, məhkəmənin hökmü əsassızdır və o, apellyasiya məhkəməsinə müraciət edib.

“Mən tam məsuliyyətlə bildirirəm ki, Gürcüstan məhkəmə reallığında belə əsassız hökm ola bilməz. Aşağıdakı hallar mənə bu bəyanatı verməyə əsas verir; Müdafiə tərəfinin apardığı iki ekspertiza rəyi şübhəsiz ki, babanın uzun müddət cinsi zəiflikdən əziyyət çəkdiyini sübut edir və bu 2008-ci ildə ailəsinin dağılmasına əsas olub", - Zurab Todua bildirib.

Məlumat üçün bildirək ki, 12 yaşlı nəvəsini zorlamaqda təqsirləndirilən 60 yaşlı kişi ötən il oktyabrın 12-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sözügedən cinayətə görə 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər