Avtomobildə güllələnərək öldürülən gənclə bağlı yeni təfərrüatlar məlum olub
Ozurqetidə baş verən qətllə bağlı bəzi təfərrüatlar bəlli oldu. Mövcud məlumata görə, gənc oğlan avtomobillə Anaseuli yolunda dostu ilə birlikdə hərəkət edərkən hücuma məruz qalıb.
InterPress.ge xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, gənci klinikaya naməlum şəxslər gətiriblər.
"Gətiriləndən dərhal sonra onu reanimasiya şöbəsinə daxil etdilər.Baxmayaraq ki, o klinikaya gətirilən zaman artıq dünyasını dəyişmişdi, ona reanimasiya tədbirləri həyata keçirildi", - "Medalfa"nın animoloqu Ramaz Zerebçov qeyd edir.
Qətlə yetirilən şəxsin ailəsi indiki mərhələdə media ilə əlaqə saxlamır. Əldə olan məlumata görə, gənc bir il əvvəl İtaliyadan Gürcüstana gəlib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə qəsdən adam öldürmə (Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi) maddəsi ilə araşdırılır.


