11 
Sen
2022
16:29
3288

Avtomobilində güllələnən gəncin kimliyi məlum oldu - FOTO

Ozurqetidə güllələnərək öldürülən 22 yaşlı Qiqa Roğvadır. 

InterPress.ge xəbər verir ki, o, avtomobilində öldürülüb.

Məlumata görə, ona kürəyindən on güllə dəyib.  O, Ozurqeti xəstəxanasına aparıldıqdan dərhal sonra dünyasını dəyişib.

Cinayətkar hadisə yerindən qaçıb. 22 yaşlı gənci xəstəxanaya aparan vətəndaşın kimliyi məlum deyil. Gəncin güllələndiyi yer hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum deyil. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda gəncin aparıldığı xəstəxananın həyətində istintaq tədbirləri aparırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər