09 
Sen
2022
09:33
369

Rustavidə qadın pəncərə şüşəsini təmizləyərkən ayağı sürüşüb və 3-cü mərtəbədən yıxılıb

Rustavidə qadın hündürlükdən yıxılıb.

InterPress.ge xəbər verir ki, 15 saylı orta məktəbdə 50 yaşlarında qadın 3-cü mərtəbədə pəncərə şüşəsini təmizləyərkən ayağı sürüşüb və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Qadın xəstəxanaya aparılıb.

Yaralı əməliyyat olunub və mövcud məlumata görə, o, reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Qadın sözügedən məktəbdə təmizlikçi işləyir. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər