08 
Sen
2022
22:23
3300

Polisi güllələyərək qaçan şəxs Sadaxlı keçid məntəqəsində yaxalandı

Polis Tbilisidə isti izlərlə bıçaqlanma hadisəsinin üstünü açıb - bir nəfər yaxalanıb 

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qurumun yaydığı açıqlamada bildirilir ki, bıçaqlanmada təqsirləndirilən şəxs ölkəni tərk etməyə çalışırmış və bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalayıblar.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü İ.D.  ölkəni tərk etmək istəyərkən qəsdən sağlamlığa ağır xəsarət yetirmək və qanunsuz silah almaq-saxlamaq-daşıma ittihamı ilə Sadaxlı  keçid məntəqəsi yaxınlığında yaxalayıblar.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisi şəhərində polis əməkdaşını 1990-cı il təvəllüdlü L.M.-nı qarşılıqlı mübahisə zəminində güllələyərək yaralayıb və hadisə yerindən qaçıb . Yaralı polis hadisə zamanı xidmətdə olmayıb, o, dostları ilə Tbilisinin Tabidze küçəsində olub.

L.M. hazırda  müvafiq tibbi yardım göstərildiyi tibb müəssisəsinə yerləşdirilib. Onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Onların verdiyi məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah-sursat əldə etmə-saxlama-daşıma faktları üzrə Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə araşdırma aparılır.

Cinayətlərə görə dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər