08 
Sen
2022
13:07
345

Parlament “Mülki təhlükəsizlik haqqında” Gürcüstan qanununa düzəlişlər paketini təsdiqlədi

Gürcüstan parlamenti üçüncü oxunuşda Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Mülki təhlükəsizlik haqqında” Gürcüstan qanununa düzəlişlər paketini təsdiqləyib. 

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, sözügedən dəyişikliyə əsasən, fövqəladə halların idarə olunması xidməti sistemində yanğınsöndürənlər və xilasedicilər üçün xüsusi təlim mərkəzi yaradılacaq. Təlim mərkəzi yanğınsöndürənlərin və xilasedicilərin hazırlığı üçün zəruri olan müvafiq infrastruktur və maddi-texniki baza ilə təchiz olunacaq ki, bu da yanğınsöndürənlərin və xilasedicilərin mükəmməl hazırlanmasını təmin edəcək.

Hazırda yanğınsöndürənlərin və xilasedicilərin hazırlığını Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyası həyata keçirir. Bundan əlavə, qanunvericilik səviyyəsində yanğınsöndürənlər üçün yeni həvəsləndirmə formaları müəyyən edilib. Xüsusilə xidməti borcunu nümunəvi yerinə yetirdiyinə, uzunmüddətli və vicdanla xidmət etdiyinə, xüsusilə çətin və ya vacib tapşırığı yerinə yetirdiyinə görə yanğınsöndürən-xilasediciyə həvəsləndirmə şəklində xidmət jetonu verilə bilər.

Həmçinin qəbul edilmiş qanun Fövqəladə Halların İdarə Edilməsi Xidməti əməkdaşlarının işə qəbulu və xidmət keçməsi ilə bağlı mühüm məsələləri tənzimləyir.

Bizimlə əlaqə saxlayın