08 
Sen
2022
12:31
582

2022-ci ilin ikinci rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi artıb

2022-ci ilin ikinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 351,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin ikinci rübünün dəqiqləşdirilmiş məlumatından 9,1 faiz çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin ikinci rübündə nizamnamə kapitalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 90,2 milyon ABŞ dolları təşkil edib, təkrar investisiyaların ümumi birbaşa xarici investisiyalarda xüsusi çəkisi 68,3 faiz müəyyən edilib.

Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin ikinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyalara görə, ən böyük investor ölkələri aşağıdakı kimi bölüşdürülüb: Böyük Britaniya birinci yerdədir - 64,7 milyon ABŞ dolları ilə birbaşa xarici investisiyaların ümumi həcminin 18,4 faizini təşkil edir, ikinci yerdə 44,8 milyon ABŞ dolları (12,7 faiz) ilə Niderland, üçüncü yerdə isə 41,8 milyon ABŞ dolları (11,9 faiz) ilə Yaponiyadır.

2022-ci ilin ikinci rübündə ən böyük birbaşa xarici investisiya enerji sektoruna qoyulub və 76,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ümumi birbaşa xarici investisiyanın 21,8 faizini təşkil edir. İkinci yeri 75,6 milyon ABŞ dolları ilə (21,5 faiz) daşınmaz əmlak sektoru,   üçüncü yeri isə 47,6 milyon ABŞ dolları ilə (13,5 faiz) maliyyə sektoru tutur.

Bizimlə əlaqə saxlayın